Press "Enter" to skip to content

Dövlət Xidməti Naxçıvanda qəbul keçirib

Qəbul zamanı

Son yeniləmə: 13 Sentyabr 2024 12:53

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov sentyabrın12-dəXidmətinNaxçıvan MR üzrə baş idarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, “qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Qəbulda 44 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həmçinin bir sıra digər məsələlərlə bağlı müraciət ediblər”.

Məlumata görə, Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib: “Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.