Press "Enter" to skip to content

Bakıda yeni uşaq bağçası

Açılış zamanı

Son yeniləmə: 13 Sentyabr 2024 00:17

BAYRAQDAR MEDİA – Bakı şəhəri Xocəsən qəsəbəsində 348 nömrəli uşaq bağçası istifadəyə verilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “açılış tədbirində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova paytaxtda uşaq bağçalarının yüksək tələblər səviyyəsində qurulması istiqamətində görülən işlərə diqqət çəkib və məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, müasir uşaq bağçalarının inşası sahəsindəki fəaliyyətin daha da genişləndirildiyini bildirib”.

Məlumata görə, N.Hüseynova çıxışı zamanı məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılmasının əsas hədəflər sırasında olduğunu deyib: “N.Hüseynova yeni istifadəyə verilən 140 yerlik uşaq bağçasında 30-dan çox şəhid övladının məktəbəqədər təhsilə cəlb olunduğunu diqqətə çatdırıb. Həmçinin BŞTİ-nin tabeliyində 342 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərdiyi və 2024-2025-ci tədris ilinə hazırlıq çərçivəsində 99, 347, 116, 348 və 257 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir-tikinti işlərinin yekunlaşdığı bildirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.