Press "Enter" to skip to content

Antalyada Yörük Türkmən Festivalı başlayır

Yörüklər

Son yeniləmə: 13 Sentyabr 2024 11:00

BAYRAQDAR MEDİA – 2024-cü ildə 3-cü dəfə Antalyada keçiriləcək Beynəlxalq Yörük Türkmən Festivalı sentyabrın 13-də Düzlerçamı Karaman Piknik Sahəsində öz qapılarını açacaq.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “festival üç gün ərzində Yörük mədəniyyətinin bütün rənglərini iştirakçılara təqdim edəcək. Antalya Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi festival 7-si müstəqil türk cümhuriyyətlərindən, 3-ü muxtar türk cümhuriyyətlərindən və türklərin sıx yaşadığı 9 ölkədən olmaqla ümumilikdə 19 ölkənin iştirakı ilə reallaşacaq. Tədbirlərə yerli musiqi və rəqs qruplarının çıxışları, ənənəvi idman yarışları, konsertlər, əl işləri və yerli yeməklərin təbliği daxildir”.

Məlumata görə festival sentyabrın 13-ddə Cümhuriyyət meydanındakı Atatürk abidəsinə əklil qoyulması ilə başlayacaq: “Daha sonra ənənəvi hicrət namazı və Yörük köçü qılınacaq. Cümhuriyyət meydanından başlayan köç Karaalioğlu parkındakı Böyükşəhər Bələdiyyəsi binasında sona çatacaq. İlk günün axşamı festival ərazisində nümayişlər və səhnə fəaliyyətlərindən sonra musiqiçi Ayşe Dinçer konsert verəcək. Festivalın ikinci günündə iştirakçı ölkələrin xalq rəqsləri və cirit oyunları nümayiş olunacaq. Bundan əlavə, sənətçilər Ayça Akkın, Uğur Önür və Azərbaycanın Xalq artisti Azərin musiqisevərlərlə görüşəcək”.

Məlumatda deyilir ki, sentyabrın 15-də festival Antalya Böyükşəhər Bələdiyyəsi Yağlı Güləş Klubunun yağlı güləş şousu və müxtəlif musiqili konsertlərlə davam edəcək. Festival müğənni Tuğçe Kandemirin konserti ilə yekunlaşacaq.

Mission News Theme by Compete Themes.