Press "Enter" to skip to content

Yeni tamaşa: “Ledi Maqbet”

Məşq gedir

Son yeniləmə: 12 Sentyabr 2024 08:59

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) yeni tamaşanın məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefis tamaşa olacaq. Teatrın bədii rəhbəri, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə uğurlar arzu edib. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Ceyran Başarandır”.

Daha sonra xəbərdə, “tamaşada Xalq artisti Bəsti Cəfərova, əməkdar artist Elşən Rüstəmov, xalq artistləri Sabir Məmmədov və Kazım Abdullayev, Əməkdar artist Məsmə Aslanqızı, aktrisa İlahə Həsənova, aktyor Elnur Qədirov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu, Rüstəm Rüstəmov, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Yusif Yusifli, Aylin Həşimli, Rüzgar Qasımzadə və Dilarə Məhərrəmli iştirak edir” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.