Press "Enter" to skip to content

Xaricdə yaşayan azərbaycanlı alimlərin yaddaqalan səfəri

Xankəndidən xatirə fotosu

Son yeniləmə: 12 Sentyabr 2024 13:01

BAYRAQDAR MEDİA – Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumunun iştirakçıları Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “Xankəndi şəhəri ilə yaxından tanış olan soydaşlarımız daha sonra Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov xaricdə yaşayan alimlərimizin Qarabağa səfərini yüksək qiymətləndirib, universitetin fəaliyyəti, müasir standartlara uyğunlaşdırılması barədə məlumat verib, gələcək planlardan danışıb. Xaricdə yaşayan alimlərlə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın qurulması, onların bilik və təcrübələrindən də istifadə olunması imkanları barədə fikir mübadiləsi aparıblar”.
Məlumata görə, Xankəndi şəhərində xaricdə yaşayan azərbaycanlı alimlərin Prezident İlham Əlivevə müraciəti səsləndirilib: “Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Forumunun iştirakçıları bundan sonra Şuşaya yola düşüblər. Soydaşlarımız Şuşada aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızın tarixi məkanlarına baş çəkiblər. Azərbaycanlı alimlər forumun öz işini Qarabağda davam etdirməsini və burada yekunlaşdırmasını tarixi hadisə adlandırıb, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, dünya elmi ilə Azərbaycan elmi arasında daha möhkəm körpülərin qurulmasına töhfələr verəcəklərini deyiblər. Xaricdə yaşayan azərbaycanlı alimlər Qarabağ Universitetinin rəhbər heyəti ilə görüşün onlar üçün əvəzolunmaz xoşbəxtlik olduğunu, yaddaşlarında silinməz izlər qoyduğunu, bu səfərin mahiyyətini daha da dərinləşdirdiyinivurğulayıblar”.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 9-da Bakı şəhərində işinə başlayıb. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı elm xadimi, alim və professorlar iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.