Press "Enter" to skip to content

“Sosial dəstək, sağlam gələcək” layihəsi

Son yeniləmə: 12 Sentyabr 2024 16:23

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Referans” Klinik və Laboratoriya Mərkəzi ilə birgə “Sosial dəstək, sağlam gələcək” layihəsinə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Məlumata görə, korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladları tibbi müayinədən keçirilməsi nəzərdə tutulub: “İlk olaraq Sumqayıt şəhərində qeydiyyatda olan və yaşayan Vətən müharibəsi zamanı yaralanaraq əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının tibbi müayinəsi aparılıb. 5-16 yaş aralığında olan uşaqlara yeni tədris ilinə hazırlıq məqsədilə tibbi müayinə və ehtiyac duyulan laborator xidmətlər göstərilib. “Referans” Sumqayıt Tibb Mərkəzində uşaqlarda qanın ümumi analizi, USM (Ultrasəs müayinəsi), EKQ (elektrokardioqramma – ürək müayinəsi), pediatrik müayinə, endokrinoloq və uşaq nevroloqu müayinələri aparılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.