Press "Enter" to skip to content

Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq

Qarabağ Universiteti

BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində dərslər 23 sentyabr tarixində başlayacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb. Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar”.

Qeyd edək ki, Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq WhatsApp qrupları üzərindən təqdim ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.