Press "Enter" to skip to content

Müəllimlərin işə qəbulunun nəticələri

Müsahibə zamanı

Son yeniləmə: 12 Sentyabr 2024 09:33

BAYRAQDAR MEDİA – Sentyabrın 10-da 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrinin elan edilməsi yekunlaşıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətçilərin nəticələri barədə məlumatlar portal.edu.az platformasında şəxsi kabinet bölümündə yerləşdirilib. Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində təhsil haqqında diplomu, şəxsiyyət vəsiqəsini və sağlamlıq haqqında arayışı qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər”.

Daha sonra xəbərdə, “müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.