Press "Enter" to skip to content

Milli Gənc Tamaşaçılar Teatrında məşqlər

Məşq edirlər

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (ADMGTT) yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “”Cırtdan” Azərbaycan xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın “Cırtdanino” adlı pyesinin oxunuş məşqlərinə başlanılıb. Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir”.

Sonra xəbərdə, “nağılda balaca tamaşaçılar Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olacaqlar. Nino Cırtdanı və onun dostlarını Yer planetindən başqa planetlərə səyahətə aparacaq, alimlərin, oyuncaqların, sülhün var olduğu fərqli dünyalarla tanış edəcək. Həmçinin vaxtilə uşaqların etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxacaq. Macəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və sülhə səsləyəcək mesajlarla zəngindir” deyə qeyd olunur.

Bildirək ki, səhnə əsərində əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov, aktyorlar Hilal Dəmirov, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Anar Seyfullayev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Aydan Həsənzadə, Ramil Məmmədov, Mehriban Hüseynova, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Müşfiq Əliyev, İlhan Sadıqov, Anar Səfiyev, Araz Pirimov, Mirzə ağa Mirzəyev, Ümman Budaqov iştirak edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.