Press "Enter" to skip to content

KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması qabaqcıl metodlarla dəstəklənir

KOBİA

Son yeniləmə: 12 Sentyabr 2024 10:54

BAYRAQDAR MEDİA – 2024-cü ilin mart ayından etibarən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından artıq 61 sahibkarlıq subyekti faydalanıb. Bu KOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin davamı olaraq reallaşıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “onlar model müəssisədə keçirilən təlimlərdə öyrəndikləri bilikləri və metodları istehsal prosesində tətbiq edərək uğurlu nəticələr, o cümlədən istehsalatda məhsuldarlığın artmasına nail olub, vaxt və xərclərə qənaət edə biliblər. Belə ki, KOB Model Müəssisəsində keçirilən təlimlərdə iştirak etmiş “Caspian Textile” MMC, “GillMed” MMC, “GrandTek” MMC, “Absheron-Saffron” MMC-də və s. şirkətlərdə istehsal prosesinin müxtəlif mərhələləri üzrə vaxt itkisi faizinin azaldılmasına, istehsal və istehsaldan sonrakı mərhələlər üzrə israfın qarşısının alınmasına nail olunub”.

Məlumata görə, KOB Model Müəssisəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb: “Model müəssisənin təlim imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti təlim və təcrübə əsnasında öyrəndiklərini öz şirkətlərində tətbiq etməklə məhsuldarlığın artırılması, vaxta və xərclərə qənaət etmək və s. bacarıqlarını artırırlar. Burada ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. KOB Model Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”, “5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir”.

Qeyd edilib ki, model müəssisənin xidmətlərindən sənaye istehsalı ilə məşğul olan biznes subyektləri istifadə edə bilərlər: “Bunun üçün sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq, mərhələli şəkildə təlimlərə cəlb olunurlar. KOB Model Müəssisəsi tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir. Qeyd edək ki, KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər Model Müəssisə ilə yanaşı, KOBİA-nın ödənişsiz təlimlərindən, məsləhət xidmətindən,biznes planın hazırlanması və beynəlxalq ixtisasartırma kursunda iştiraka dəstəyindənfaydalana bilərlər”.

Mission News Theme by Compete Themes.