Press "Enter" to skip to content

Kitab tanıtma: “Ötən günlərim”

Ötən günlərim

Son yeniləmə: 12 Sentyabr 2024 13:52

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) nəşrlər sırasında yazıçı Gəncəli Səbahinin “Ötən günlərim” adlı xatirə povesti də yer alır.

Nəşrin tərtib edəni və redaktoru filologiya elmləri doktoru Sabir Əmirov müəllif haqqında “Azadlıq vərəqəsi haraya aparır” adlı yazısında qeyd edir: “Onun həyatı və yaradıcılığı yaşadığı dövrün ədəbi prosesi və bu nəhəng hərəkatın sıralarında inamla addımlayan söz və sənət fədailərini ləyaqətlə təmsil edən bir nümunə idi. Onu XX əsrdə Güneydə gedən ədəbi hərəkatın yorulmaz yolçusu, Vətən və xalqın taleyinə sadiq qalmaq barədə qələmi ilə bağladığı əhd-peymana son nəfəsinədək sadiq qalan bir söz sərrafı adlandırmak da mübaliğə olmazdı. Ünvanı həmişə gənclik ehtirası, müdriklik zəkası ilə işığa, nura boylanmaq rəmzi kimi cilvələnən: Gəncəli Səbahi!”.

Nəşrdə “Arazın o tayı”, “Zərbə-zərbə üstündən”, “Çağırılmamış qonaq”, “Bədrabad”, “Qəleyi Müzəffər” və s. başlıqlar var.

Mission News Theme by Compete Themes.