BAYRAQDAR MEDİA – Sentyabrın 10-da Müasir İncəsənət Mərkəzində Çardaq art-platformanın təqdimatında “Formula 2 art” sərgisinin açılışı olub.
Kuratoru sözügedən Mərkəzin direktoru Bəhram Xəlilov olan sərgidə rəssamların Formula 1 yarışlarına həsr etdikləri rəsm əsərləri nümayiş olunur.
Sərgi ilə bağlı B.Xəlilov BAYRAQDAR MEDİA-ya açıqlama verib: “Bildirim ki, idman avtomobillərinin mühəndislik ideyası və erqonomik formalarındakı düstur sənətdəki kompozisiya qədər real və müəyyəndir. Super sürətlə düzgün sürməyin mahiyyəti rəsmlərin yaradılması prosesinə çox yaxındır. Doğru zamanda, doğru anda düzgün rəng, işıq, forma, yarışda düzgün sürət və dönüş kimi işdə uğurun açarıdır. Mənə elə gəldi ki, belə bir tədbirin sərgisini hazırlamaq bu mövzuya tez-tez yanaşmayan rəssamlar üçün çətin və vacib olacaq, əgər onlar avtomobil dizayneri deyillərsə”.
Qeyd edək ki, sərgi sentyabrın 17-dək davam edəcək.