Son yeniləmə: 12 Sentyabr 2024 13:12
BAYRAQDAR MEDİA – Bolqarıstanda Ali İnzibati Məhkəmə Mərkəzi Seçki Komissiyasının oktyabrın 27-də keçiriləcək növbədənkənar ümumi seçkilərdə iştirak etmək üçün “DPS-Yeni başlanğıc” koalisiyasını qeydə almaqdan imtina etməsini qeyri-qanuni elan edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata əsasən məhkəmə “DPS-Yeni başlanğıc” koalisiyasına seçkilərdə iştirak hüququ verilməsi barədə qərar qəbul edib: “Bu yolla məhkəmə Delyan Peevskinin rəhbərlik etdiyi “DPS-Yeni başlanğıc” qanadının seçkilərdə iştirakına icazə verib.Danıştay Peevskinin rəhbərlik etdiyi “DPS-Yeni başlanğıc” koalsiyasının ərizə sənədlərini elektron qaydada, koalisiyanı təmsil edən hər iki şəxsin elektron imzası ilə, heç bir nöqsansız təqdim etdiyini iddia edərək, Mərkəzi Seçki Komissiyasının ərizənin rədd edilməsini etibarsız hesab edib”.