Press "Enter" to skip to content

Denizlide ictimai nəqliyyatda yeni qaydalar

Son yeniləmə: 12 Sentyabr 2024 13:34

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu, ictimai nəqliyyatda mənzil başına çatmaq vaxtını azaltmaq və rahatlığı artırmaq üçün yeni tənzimləmələr etdiklərini açıqlayıb.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, Bələdiyyə Şurasının sentyabr iclasının ilk iclasında çıxış edən B.N.Çavuşoğlu vətəndaşlardan daha çox piyada məsafə qət edərək ictimai nəqliyyatdan istifadə etmələrini istəyib: “Bələdiyyə sədri ictimai nəqliyyatın dayanacaqlarının sayının azaldığını bildirib”.
O, bu qərarı “Bir az məsafəni piyada getmək sağlam olmaq deməkdir. Avtobus dayanacağına çatmaq üçün 50 metr piyada getmək əvəzinə, 250 metr piyada getməklə daha sağlam həyat sürə bilərik” sözləri ilə əsaslandırmağa çalışıb.
Sədr bildirib ki, mövcud avtobus parkının əksəriyyətinin 10 ildən çox yaşı olduğu üçün çətinlik çəkirlər.

Mission News Theme by Compete Themes.