BAYRAQDAR MEDİA – Energetika nazirinin müavini Orxan ZeynalovAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüş zamanı energetika sektorunda Bankla mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib,bərpa olunan enerji, enerji səmərəliliyi və aşağı karbonlu enerjiyə keçid kimi sahələrdə cari layihələr nəzərdən keçirilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.AYİB-in dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyasıüzrə hərrac prosesinin gedişatı qiymətləndirilib”.
Qeyd edilib ki, qarşı tərəfə “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində atılan addımlar, COP29-labağlı təşəbbüslər və enerji sahəsində planlaşdırılan tədbirlər haqqında məlumat verilib.