Son yeniləmə: 12 Sentyabr 2024 09:54
BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək”
BAYRAQDAR MEDİA – 2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universiteti (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə deyilir ki, “bu, qismən Ay tutulmasıdır. Qismən Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da olacaq. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq”.
Daha sonra xəbərdə, “2024-cü ilin 2-ci qismən Ay tutulmasını Quzey və Güney Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək” deyə qeyd edilir.