Press "Enter" to skip to content

ASELSAN-da yüksək artım

Son yeniləmə: 12 Sentyabr 2024 12:47

BAYRAQDAR MEDİA – Türkiyənin “ASELSAN” şirkəti 2024-cü ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

Bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, “ASELSAN-ın 2024-cü ilin ilk yarısında dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 35,7 milyard TL-yə çatıb. Nəticələrə görə, şirkət bu müddət ərzində maliyyə sabitliyini qoruyub”.

Məlumatda deyilir ki, imzalanan yeni müqavilələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb: “Beləliklə, 2023-cü ilin sonunda 11 milyard ABŞ dolları olan ASELSAN-ın balans sifarişləri 11 faiz artaraq 12,3 milyard dollara çatıb”.

Məlum sayta açıqlamasında ASELSAN baş direktoru Ahmet Akyol “ASELSAN-ın rəqəmlərdə nəzərə çarpan yüksək artım performansıyla hər gün uğur faizi yüksəlir. Ölkəmizin müdafiə sənayesi lideri olaraq 2024-cü ilin ilk altı ayında bir çox yeni və mühüm uğurlara imza atdıq. Maliyyə nəticələrimiz göstərir ki, biz etibarlı məhsul və sistemlərimizlə texnologiya sahəsində dünya gücünə çevrilmişik”,-deyə qeyd edib.

Onun sözlərinə görə, ASELSAN dünyanın ən sürətlə inkişaf edən 10 müdafiə sənayesi şirkətindən biridir.

 

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.