Son yeniləmə: 12 Sentyabr 2024 16:47
BAYRAQDAR MEDİA – 2024-cü ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 11-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “onların 109,7 min nəfəri yaşa, 14,6 min nəfəri əlilliyə, 20,7 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır”.