Son yeniləmə: 12 Sentyabr 2024
BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiyasını təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.
O, qeyd edib ki, pop ulduz “Space_13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin növbəti buraxılışını şəxsi “İnstagram” hesabında paylaşıb: “Estrada ulduzu yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazı üzərində stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet işləyib. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur. Müğənninin saçları üzərində tanınmış saç ustası Fərid Bağırov çalışıb. Xalq artistinin makiyajını isə makeup artisti Reyhan Babayevaya edib.Layihənin prodüseri Yalçın Cabbarovdur”.