Press "Enter" to skip to content

Regionlarda iş adamlarına dəstək üçün mühüm addım

Son yeniləmə: 11 Sentyabr 2024 09:53

Quba İş Adamlarına Dəstək birliyi bu məqsədlə təsis edilib

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi bu gün “Regionların sosial-iqtisadı inkişafı” dövlət proqramı çərçivəsində Azərbaycanımızın hər regionunda münbit biznes mühiti formalaşıb. Bu isə öz növbəsində regionlarda iş adamlarının fəaliyyətinin daha da inkişafıan təkan verir.

Təbii ki, bu məsələdə dövlətlə yanaşı ayrı-ayrı qurum və birliklərin də addım atması önəmlidir. Elə yenicə formalaşan “Quba İş Adamlarına Dəstək” (QİAD) birliyi də bu istiqamətdə görülən işlərə dəstək verməyi, bölgədə iqtisadi tərəqqinin dəstəklənməsi, ticarətin artırlması, investisiyaların cəlb olunması üçün səy göstərməyi, sahibkarlara dəstək olmağı hədəfləyir.

Qurumun təsisçilərindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, QİAD birliyinin missiyası regionda fəaliyyət göstərən iş adamlarını dəstəkləyərək onların inkişafına təkan vermək, yerli iqtisadiyyatın güclənməsinə töhfə vermək və regionda dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması üçün səy göstərməkdir: “Biz, iş dünyası ilə ictimaiyyət arasında güclü əlaqələrin qurulmasına, iş adamlarının bilik və bacarıqlarının artırılmasına, innovasiyaların tətbiqinə və sosial məsuliyyətin təşviqinə yönəlmiş layihələr həyata keçirməyi planlaşdırırıq”.

Mission News Theme by Compete Themes.