Press "Enter" to skip to content

Psixiatriya və psixologiya sahəsində əməkdaşlıq perspektivləri

Görüşdən xatirə fotosu

Son yeniləmə: 11 Sentyabr 2024 12:22

ATU-nun rektoru kanadalı nazir müavini ilə görüşüb

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə Kanadanın Ontario əyalətinin Psixi sağlamlıq və asılılıq problemləri üzrə nazir müavini Honourable Michael Tibollo arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya ATU-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “kanadalı nazir müavini Azərbaycana gəlişindən məmnunluğunu bildirib. O öz ölkəsində insanların mental sağlamlığının qorunması istiqamətində görülən işlərdən, psixoloji mərkəzlərin fəaliyyətindən, bullinglə üzləşmiş məktəblilərə mənəvi dəstəkdən və psixoloji yardımın növlərindən danışıb. Qonaq bu sahədə beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin vacibliyini vurğulayıb”.

Xəbərdə vurğulanıb ki, professor G.Gəraybəyli qonağa Azərbaycanda son illərdə psixiatriya və psixologiya sahəsində görülən işlər, əldə edilmiş uğurlar, bu istiqamətdə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıqlar və birgə keçirilən layihələr haqda məlumat verib: “Qeyd olunub ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə mütəmadi işlər görülür və dövlət tərəfindən müvafiq qanunlar qəbul edilir. RektorATU-dakı təhsil sistemi,psixiatriya və psixologiya üzrə səriştəli kadrların hazırlanması haqqında danışıb. Eyni zamanda Azərbaycanın baş psixiatrı olan professor G.Gəraybəyli, ölkəmizdə bu sahənin daha da müasirləşməsinin hədəfdə olduğunu nəzərə çatdırıb”.

Daha sonra gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin III ərazi şöbəsinin mütəxəssisi Fidan Rüstəmzadə iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.