Son yeniləmə: 11 Sentyabr 2024 14:39
Yaxud dünyanın ən şirin kəndlərindən olan Şirinceni də əhatə edən Efeler Yolu təbiət və idman həvəskarlarını yarışa dəvət edir
BAYRAQAR MEDİA – Türkiyənin Egey sahili boyunca davamlı gəzinti marşrut olaraq istifadəyə verilən Efeler Yolu keçən il “Green Destinations” (Yaşıl Destinasiyalar) tərəfindən “Ən yaxşı 100 hekayə” siyahısına daxil edilib. Tarix və təbiəti birləşdirən səfalı trekkinq marşrutu 500 kilometrlik Efeler Yolu cığırı İzmirin Bornova rayonundan başlayır və Məryəm Ana Evində sona çatır.
Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansından (TGA) BAYRAQDAR MEDİA-ya sentyabrın 11-də verilən məlumatda belə deyilir.
Məlumata görə, marşrut bölgənin Efe mədəniyyətinin izlərini əhatə edən qədim cığırlar vasitəsilə kəndləri və yaylaları əhatə edir: “28 mərhələ, 27 əsas marşrut və bir alternativ marşrutla Efeler Yolu təbiət və idman həvəskarlarını yarışa dəvət edir”.
Müxtəlif sivilizasiyalara ev sahibliyi edən bölgə
Bildirilir ki, “Efelər “Zeybəklər” kimi tanınan bu ərazi türk mədəniyyətində xüsusi yer tuturlar. Bura türk əsgərlərinin yeri kimi qeyd edilir. Cəsarətləri və liderlikləri ilə hörmət edilən Efe fiqurları hələ də dəyərlidir və bu gün də xüsusi mərasimlərdə Zeybək rəqsləri ilə anılır”.
Məlumata əsasən, Het və Frigiyalılardan Romalılara və Osmanlılara qədər müxtəlif sivilizasiyalara ev sahibliyi edən bölgənin zəngin mədəni irsi onun cazibəsini daha da artırır: “Qurtuluş Savaşı dövründə Türkiyənin müdafiəsində əhəmiyyətli rol oynamış Efe xalqının mirası, bu tarixi kontekstdə yerini alaraq, Türkiyənin dərin və çoxşaxəli keçmişini kəşf etmək istəyənlər üçün maraqlı bir məkana çevrilib. Efeler yolu Bornova rayonunun Kavaklıdere kəndindən başlayır və Nif dağı və Bozdağlar yolu ilə Kiraz yüksəkliklərinə aparır. Marşrut Aydın dağ silsiləsi üzərindən Efes-Səlçuqda, Bülbüldağı üzərindəki Məryəm Ana Evində başa çatır”.
Qeyd edək ki, Efeler Yolu davamlı gedişlə təxminən bir aya tamamlana bilər və marşrut yürüyüşçülərin hər günün sonunda bir kəndə çatmasını təmin etmək üçün nəzərdə tutulmuşdur: “Marşrut 28 kənddən, o cümlədən qədim dəyərlərini qoruyub saxlayan və yaşadan bir çox kiçik yaşayış məntəqələrindən keçir. Nazarköy, Bozdağ, Birgi, Beyköy və Şirince də daxil olmaqla əksər kəndlərdə giriş-çıxışlarda taxta qapılarda məlumat əks olunub”.
Hər bir kənd fərdi maraqlara əsaslanan fərqli təcrübələr təqdim edir
Vurğulanır ki, Efeler Yolu üzərindəki hər bir kənd fərdi maraqlara əsaslanan fərqli təcrübələr təqdim edir: “Marşrutun ilk dayanacaqlarından biri olan Nazarköy mənfi enerjidən qorunmaq üçün nəzərdə tutulmuş şüşə muncuqları (gözmuncuclqarı) ilə məşhurdur. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının 2022-ci ildə “Ən yaxşı Turizm Kəndləri” siyahısına daxil edilən Birgi açıq səma altında muzeydir”.
Məlumata görə, kəndin diqqətəlayiq yerləri arasında Anadolu Beylikləri Dövrünə aid Ulu Məscid (Aydınoğlu Mehmet Bəy Məscidi), Çakırağa Köşkü, İmamı Birgivi Türbəsi, Sandıkoğlu Köşkü, Dərvişağa Məscidi və Ümmü Sultan Şah Türbəsi yer alır”.
Adı kimi özü də Şirince
Məlumata əsasən, Efeler yolunun sondan əvvəlki dayanacağı Şirince, bütün fəsillərdə ziyarət edilə biləcək bir yerdir: “Lakin məhsul yığımı zamanı ziyarət etmək daha gözəldir. Üzüm bağlarından yüksək keyfiyyətli zeytun yağları və şərabların ənənəvi istehsal proseslərini müşahidə etmək və kəndin məşhur meyvə şərablarını dadmaq üçün Şirinceyə baş çəkmək olar”.
Yeri gəlmişkən, 2023-cü ildə qardaş ölkəyə səfərimiz zamanı ailə dostumuz Senem xanım bizi də ailəlikcə dünyann ən şirin kəndlərindən olan Şirinceyə apardı.
Düzü kəndə daxil olan ilk andan insan sanki sehirli bir aləmə düşür. Buranın həm havası, həm müxtəlif çeşidli təamları, həm də gülərəüz, mehriban sakinləri Şirinceni kənardan gələnlərə daha da sevdirir.
Senem xanımın da qeyd etdiyi kimi, Şirince adı kimi şirin və ecazkar bir yerdir. Burada nəinki bir neçə saat, hətta bir neçə gün keçirmək azlıq edir.
ŞirincəninŞ türk qardaşlar demiş, “dadını çıxarmaq” üçün burada ən azı bir həftə qalmaq lazımdır. Qalmaqdan söz düşmüşkən, turistlər burada istər kiçik oteldə, istərsə də dağlar qoynunda yerləşən və hər daşı tarix qoxan şəxsi evlərdə qala bilərlər.
Nahəyət, onu da qeyd edim ki, yuxarıda vurğulandığı kimi Şirinceni üzüm yığılan vaxt ziyarət etmək ikiqat zövq verir. Siz burada həm üzümün, həm də üzümdən alınan yüzlərlə çeşid şərabın dadına baxa bilərsiniz.
Efeler Pasportu
Sonda o da qeyd edilir ki, Efeler Yolu üzərində piyadalar www.efeleryolu.com və ya Efeler Yolu Dostluq Müəssisələrindən “Efeler Yolu Pasportu”nu əldə edə bilərlər: “Səyahətçilər Efeler Yolu Pasportlarına getdikləri hər bir kəndi əks etdirən fərqli yerli simvolla möhür vura bilərlər. Hər bir Efeler Yolu pasportunun unikal seriya nömrəsi var. Marşrut paylaşma proqramları vasitəsilə bütün kənd möhürlərini toplayan və marşrutu tamamladıqlarını göstərən iştirakçılar marşrutun son səhifəsində xüsusi Efeler Yolu qızıl möhürü alırlar”.