BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqqıları artırılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib. Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibəti ilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək. Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqqılarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib”.