Press "Enter" to skip to content

Sosial layihələrə xüsusi önəm

Kubok

Son yeniləmə: 10 Sentyabr 2024 09:02

“Nar”ın dəstəyi ilə “Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

BAYRAQDAR MEDİA – “Nar” Azərbaycanın ən sərfəli mobil operatoru mövqeyini qorumaqla yanaşı, sosial layihələrə də xüsusi önəmlə yanaşır.

BAYRAQDAR MEDİA-ya verilən məlumata əsasən “Nar”ın əsas dəstəyi ilə Azərbaycanın ən güclü beyinləri növbəti dəfə “Breyn Rinq” intellektual yarışmasında biliklərini sınamağa başlayıblar: “24-cü mövsümdə 12 şəhər və 7 universiteti təmsil edən 21 komanda “BİLİK KUBOKU” uğrunda mübarizəyə başlayaraq qarşıdakı 4 ay boyunca bilik və zəka bacarıqlarını nümayiş etdirəcək. İştirakçılar hər bazar günü saat 19:15-də İctimai Televiziyada yayımlanacaq yarışmada öz şəhər və universitetlərini qürurla təmsil edəcəklər. “Nar” üçün elm və təhsilə dəstək vermək strateji Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətinin vacib hissəsidir. Operator gənclərin bilik və intellektual potensialını inkişaf etdirmələrinə imkan verən bu cür layihələrə dəstək olmaqla, həm fərdi inkişafı, həm də Azərbaycanın bilik və elm sahəsində irəliləməsini təşviq edir.“Nar”ın həyata keçirdiyi bütün layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar”.

Mission News Theme by Compete Themes.