Press "Enter" to skip to content

Qorxulan oldu

DPS tarixinin ən pis dövrünü yaşayır

Son yeniləmə: 10 Sentyabr 2024 08:59

DPS-nin hər iki qanadı seçkilərdə ittifaq tərkibində qeydiyyatdan keçə bilməyib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Bolqarıstanda oktyabrın 27-də yenidən növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu vaxta qədər seçkilərdə ilk üçlükdə qərar tutan DPS isə bu seçkiyə parçalanmış halda gedir.

Bolqar türkləri üçün arzuolunmaz durum

Bu vəziyyətin türklərin yeni parlamentdə təmsilçiliyinə ciddə mənfi təsir göstərəcəyi ehtimalları isə öz təsdiqini tapır.

Belə ki, Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilərdə “Demokratiya, Hüquq və Azadlıqlar – DPS” və “DPS – Yeni Başlanğıc” koalisiyalarının daxil edilməməsi barədə qərar qəbul edib.

Radio Bolqarıstan xəbər verir ki, ötən həftə Mərkəzi Seçki Komissiyası hər iki koalisiyaya sentyabrın 7-si saat 17:00-a qədər DPS partiyasının onların strukturlarına daxil olmadığını sübut edən lazımi sənədləri təqdim etmələri üçün vaxt verib,. Lakin heç bir DPS qanadından heç bir sənəd təqdim olunmayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.