Son yeniləmə: 10 Sentyabr 2024 14:41
BAYRAQDAR MEDİA – 2024-cü ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb: “Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb”.