Press "Enter" to skip to content

Parlament seçkilərində 5 partiya mübarizə aparacaq

Özbəkistan bayrağı

Son yeniləmə: 10 Sentyabr 2024 09:05

Seçkilərin nəticələri ölkənin siyasi gələcəyinə böyük təsir göstərəcək

BAYRAQDAR MEDİA – 2024-cü il oktyabrın 27-də Özbəkistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilər ölkənin siyasi mənzərəsini kökündən dəyişəcək.

Bu barədə Kırım Haber Ajansının məlumatında qeyd edilib.

Bildirilib ki, “Özbəkistanın Mərkəzi Seçki Komissiyası Qanunvericilik Məclisinə seçkilərdə beş siyasi partiyanın iştirak edəcəyini açıqlayıb. Bunlar aşağıdakılardır: Milli Yüksəliş Demokrat Partiyası, Xalq Demokratik Partiyası, Liberal Demokrat Partiyası, “Ədalət” Sosial Demokrat Partiyası və Özbəkistanın Ekologiya Partiyası”.

Məlumata əsasən, bu seçkilər yeni qüvvəyə minmiş seçki qanunu çərçivəsində, yəni majoritar və proporsional proporsional seçki sistemi üzrə keçiriləcək: “Özbəkistanda bu il ilk dəfə həyata keçiriləcək seçki qanununda Qanunvericilik Məclisinə seçiləcək 150 deputatın yarısı majoritar, digər yarısı isə proporsional təmsilçilik sistemi ilə müəyyən ediləcək. Sözügedən seçki qanununa görə, Özbəkistanda siyasi partiyaların deputatlığa namizədləri siyahılarının ən azı 40 faizi qadınlardan ibarət olacaq. Bundan əlavə, siyahıya partiya üzvü olmayan namizədlər də daxil edilə bilər. Bu dəyişiklik ölkənin siyasi təmsilçiliyini daha əhatəli etmək məqsədi daşıyır”.

Məlumatda deyilir ki, oktyabrın 27-də keçiriləcək seçkilərdə ən çox səs toplayan partiya baş nazir namizədini müəyyənləşdirmək hüququna malik olacaq və bu namizəd təsdiq üçün prezidentə təqdim olunacaq: “Bu onu göstərir ki, seçkilərin nəticəsi ölkənin siyasi gələcəyinə böyük təsir göstərəcək. Özbəkistanda bu günə qədər tətbiq edilən majoritar seçki sistemini əvəz edəcək yeni “majoritar-proporsional nümayəndəlik” sistemi ilə bağlı qanun 2023-cü il oktyabrın 31-də qəbul edilib və noyabrın 24-də Senat tərəfindən təsdiqlənib. Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanan və 2023-cü ilin dekabrında qüvvəyə minən qanun ölkədə siyasi balansları yenidən formalaşdıracaq”.

Sonda o da vurğulanır ki, təxminən 20 milyon seçicinin olduğu Özbəkistanda 2019-cu ildə keçirilən son parlament seçkilərində mövcud partiyalar arasında ciddi rəqabət yaşanıb: “Builki seçkilər ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb ola bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.