Press "Enter" to skip to content

Kitab tanıtma: “Güney Azərbaycan türkologiyası”

Güney Azərbaycan türkologiyası

Son yeniləmə: 10 Sentyabr 2024 20:03

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) müxtəlif mövzulu nəşrlər sırasında Prof. Hüseyn Şərqi Dərəcəyin (Soytürk) müəllifi olduğu “Güney Azərbaycan türkologiyası” kitabı da var.

Nəşrə Əməkdar elm xadimi Prof. Nizami Cəfərov yazdığı ön sözdə deyir: “Güney Azərbaycanda ədəbi dilimizin funksional xüsusiyyətlərini tədqiq edən, araşdıran H.Şərqi Güneydəki ədəbi dilimizin lüğət tərkibinin ümumi mənzərəsini verməklə yanaşı, ədəbi dilimizin vəziyyəti, mədəni-ictimai mühit barədə də oxucuları məlumatlandırmağı özünə borc bilir. Soytürk yaradıcılığı ilə tanış olandan sonra hiss olunur ki, Güney Azərbaycanda dilimiz orfoqrafik qaydalara əsaslanaraq tədricən yüksəlməkdədir. İctimai şüur səviyyəsinə birbaşa təsir göstərən amillərlə ictimai şüur arasında münasibət yaradan Soytürk yaradıcılığı dilimizin potensiyasında olan söz varlığını da üzə çıxartmaqdadır. Cəmiyyətə dilimizi sevdirmək, mənəviyyatımızı müxtəlif məqamlarda aşılamaq, tarix, musiqi, etnoqrafik müəyyənliklərlə klassik və çağdaşlaşma yönlərini bir inkişaf eşqi ilə davam etdirmək Soytürkün məslək və məramıdır. Şübhəsizdir ki, Soytürk yaradıcılığı Güney Azərbaycanda şifahi xalq ədəbiyyatından ilham alaraq milli bədii təfəkkür əsasında formalaşmışdır. Bu yaradıcılıq inqilabi oyanışın və mənəviyyatın vəhdətindən yaranmışdır ki, onun da əsasında doğma Azərbaycan xalqı və bu millətə olan sevgi dayanır”.

Kitabda “Dilimiz-diriliyimiz”, “Kimlik nədir?”, “Qisas qiyamətə qalmır”, “Yeni il və milliləşmə”, “Təfəkkür və inanc tariximizdə”, “Təhsilimiz, sorunumuz və sorumluluğumuz”, “Azərbaycanda Milli özünüdərkin təhlili” və s. başlıqlarda yazılar yer alır.

Qeyd edək ki, 2013-cü ildə çapdan çıxmış kitabın redaktoru filologiya elmləri doktoru, yazıçı-ədəbiyyatşünas İslam Qəriblidir.

Mission News Theme by Compete Themes.