Press "Enter" to skip to content

Azərbaycanın dostu bu dəfə Bursaya təyinat alıb

Salih Altun və Nadir Azəri

Son yeniləmə: 10 Sentyabr 2024 09:12

Salih Altunda Eskişehir ictimaiyyətinə təşəkkür və vida mesajı

BAYRAQDAR MEDİA – Bir müddət əvvəl Bursa valisinin müavini vəzifəsinə təyin edilmiş Eskişehir valisinin keçmiş müavini Salih Altun vəzifə dəyişikliyi ilə əlaqədar vida mesajı yayımlayıb.

Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə mesajda “Bir şəhərə xidmət etmək, onun inkişafının şahidi olmaq, insanları ilə bağlılıq idarəçiliyin vəzifəsindən kənar, təsvir olunmaz hissdir. Burada xidmət etdiyimiz illər ümumi məqsədlər üçün çalışmağın, çətinlikləri birlikdə aradan qaldırmağın və qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasının konkret nümunəsi olub”deyə qeyd edilib.

Bakü Şehri Beni Kendine Aşık Etti

S.Altun vida və tşəkkür mesajında daha sonra vurğulayıb: “Eskişehrin tarixi keçmişi, iqtisadi potensialı və təhsilə marağı şəhərin gələcəyinin ən böyük təminatı kimi qarşımızda dayanır. Bu gözəl şəhərdəki təcrübəm mənə göstərdi ki, şəhərin əsl gücü onun fiziki quruluşundan kənarda, insanların həmrəyliyində, müxtəlif ideyaları qarışdırmaq və ümumi dəyərlər ətrafında birləşmək bacarığındadır. Mənim və ailəmin Eskişehirə olan sevgisi, minnətdarlığı və bağlılığı ömrümüz boyu davam edəcək. Biz hara getsək bu gözəl şəhərin mədəniyyətindən, zəhmətindən, tolerantlığından danışacağıq. Biz Eskişehirsporu və onun gözəl azarkeşlərini, şəhərin ürəyindən keçən Porsuk çayının dinc axınını heç vaxt unutmayacağıq. Ümid edirəm ki, gözlərinizdəki parıltı heç vaxt sönməsin, şəhərimiz daim əmin-amanlıq və firavanlıq içində olsun”.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr

Sonda Yunus Emrenin

“Gelin tanış olalım
İşi kolay kılalım
Sevelim sevilelim
Dünya kimseye kalmaz”

misrasını xatırladan S.Altun Eskişehir ictimaiyyətindən də halallıq istəyib.

Eskişehir Azərbaycanlılar Dərnəyi yenə də fərqləndi

Onu da xatırladaq ki, S.Altun gerçək Azərbaycan dostudur. Eskişehirdəki fəaliyyəti dövründə daim Azərbaycanla bağlı məsəllərdə ön sırada dayanıb.

Dəyərli Salih Altuna yeni vəzifəsində də uğurlar arzu edirik.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.