Press "Enter" to skip to content

8 ay ərzində 20 milyon tona yaxın neft hasil edilib

Neft quyuları

Son yeniləmə: 10 Sentyabr 2024 14:56

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə respublika üzrə neft hasilatının 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5 milyon ton təşkil edib: “Hesabat dövründə16 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1milyon tonu isə SOCAR-ın payına düşüb. Cari ilin yanvar-avqust aylarında ölkədəneft emalı 4,4 milyon tona yaxın təşkil edib”.

Vurğulanıb ki, 2024-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 min 45 ton olub. Bunun 64 min 870 tonunu xam neft, 11 min 175 tonunu kondensat təşkil edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.