Press "Enter" to skip to content

Türkiyə Türkmənistanın TDT-nin tamhüquqlu üzvü olmasını arzulayır

Bayraqlar

Son yeniləmə: 6 Sentyabr 2024 09:18

BAYRAQDAR MEDİA – Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok Türkmənistanın Türk Dövlətləri Təşkilatında (TDT) və Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) tamhüquqlu üzv kimi iştirakını qətiyyətlə dəstəklədiklərini açıqlayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata əsasən, A.Demirok Türkmənistanın türk dünyasının ayrılmaz bir parçası olduğunu və TDT üzvlüyünün regional əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb: “Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkənin Türkiyənin olduğunu bildirən A.Demirok, Türkiyənin Aşqabadda səfirlik açan ilk ölkə olduğunu da xatırladıb”.

Məlumata əsaəsn, A.Demirok həmçinin xatırladıb ki, Türkmənistan 2021-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olub.

“TDT Türkiyə dövlətləri arasında qarşılıqlı əlaqəni və əməkdaşlığı artırmaq məqsədi daşıyan bir ailə şurasıdır. Türkmənistanın TDT və Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) tamhüquqlu üzv kimi qoşulmasını arzu edirik. Türkmənistan türk dünyası ailəsinin çox önəmli bir üzvüdür. Türkmənistanın yaxın gələcəkdə TDT-yə tamhüquqlu üzvlüyü ilə türk dünyasında əməkdaşlığın daha da güclənəcəyinə tam inanırıq”, – deyə o bildirib.

Mission News Theme by Compete Themes.