Press "Enter" to skip to content

Tibbi tullantıların düzgün idarə olunması

Mövzuya aid tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə qeyd edilir ki, “bu sahədə növbəti görüşlər Mingəçevir şəhərində “Ramiz Tibb Mərkəzi” MMC, “Modern Dental” stomot oloji klinika, “EvroMed” klinikası, “Şəfa” klinikası, “Kür” klinikası, “Grand River” klinikası, “Regional Hospital”, “AS Dental” stomotoloji klinika, Təbib Diaqnostika Mərkəzi, “Doktor İsmayıl” tibb mərkəzi, “Ailəm Medical Center”, “Medi Park” klinikası, “Mingəçevir şəhər” stomotoloji pliklinikası, “Vital” klinikası, “White Clinic” və “Nərgiz” klinikası, Qusar və Şabran rayonlarının mərkəzi xəstəxanalarında keçirilib”.

Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.