Son yeniləmə: 6 Sentyabr 2024 09:17
BAYRAQDAR MEDİA – Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiyada sərt sərhəd nəzarəti tədbirləri və Ukraynaya qarşı hərtərəfli işğal cəhdi ilə əlaqədar öz vətəndaşlarına mühüm xəbərdarlıq edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Nazirlik Rusiyada tətbiq edilən əlavə təhlükəsizlik tədbirləri və sərt sərhəd nəzarəti ilə əlaqədar Rusiyaya getməli olmayan vətəndaşlara səfərlərini təxirə salmağı tövsiyə edib. Xarici İşlər Nazirliyi bu tədbirlər aradan qaldırılana qədər Rusiyaya səfərlərin təxirə salınmasını tövsiyə edir. Bildirilib ki, səyahət etməli olan Qırğızıstan vətəndaşları Qırğızıstanın Rusiyadakı səfirliyinə müraciət edə bilərlər”.