Son yeniləmə: 6 Sentyabr 2024 00:49
BAYRAQDAR MEDİA – Bolqarıstan parlamenti avro ilə bağlı daha bir addım atıb.
Radio Bolqarıstan xəbər verir ki, GERB-SDS, PP-DB, Hüquq və Azadlıqlar Hərəkatı DPS Parlament Qrupu üzvləri və iki müstəqil deputatdan ibarət çoxluq “Vızrajdane” və “İma Takav Narod” millət vəkillərinin avro ilə bağlı milli referendum keçirilməsi təklifini rədd edib.
Məlumata görə, “Bolqar levinin 2043-cü ilə qədər Bolqarıstanın yeganə rəsmi valyutası olması ilə razısınızmı?” sualına 107 deputat “yox” səs verib, iki deputat isə bitərəf qalıb: “Təklifi “Vızrajdane”, “İma Takav Narod”, “BSP for Bolqarıstan” olmaqla, ümumilikdə 63 deputat və parlament qrupu olmayan 12 deputat dəstəkləyib”.