Press "Enter" to skip to content

“Nar” ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

Mərasimdın xatirə fotosu

Son yeniləmə: 6 Sentyabr 2024 10:09

BAYRAQDAR MEDİA – Ən sərfəli mobil operator mövqeyini qoruyan “Nar” sosial layihələrə də dəstəyini davam etdirir.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “Nar” 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib: “Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlaraoperatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib. Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər”. Məlumata görə, “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova da çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb və qeyd edib: “Təhsilə yönəlik layihələrə dəstək olmaq, “Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.

“Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.