BAYRAQDAR MEDİA – 7 sentyabr – Mavi Səma üçün Təmiz Hava Günündə Abşeron Milli Parkında maarifləndirici və əyləncəli tədbir keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədi ilə təsis olunan 7 sentyabr – Mavi səma üçün təmiz hava günü Abşeron Milli Parkında qeyd olunacaq. Tədbir çərçivəsində “Mavi səma, təmiz hava – bizi birləşdirən həllərə doğru” çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, master klass, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramların təşkili nəzərdə tutulub”.
Qeyd edək ki, 7 sentyabr tarixində Abşeron Milli Parkında “açıq qapı” günü keçiriləcək, ziyarətçilər giriş haqqından azad olunacaq.