BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şair, nasir, Əməkdar jurnalist Eldar İsmayılın “Mən kiməm…” kitabı da var.
Nəşrdə müəllifin ayrı-ayrı vaxtlarda Güney Azərbaycanla bağlı yazdığı şeirləri və poemaları toplanıb.
2007-ci ildə çapdan çıxmış kitabda yazılır: “Şeirləri oxuduqca məlum olur ki, Göyçə, Zəngəzur, Qarabağ dərdini içində yaşadan müəllifin qəlbində daha bir həsrət kök salıb. Bu həsrət Güneyli soydaşların istiqlaliyyət uğrunda apardığı mübarizəyə şair təxəyyülünün, şair narahatlığının əks-sədasında təzahür edir”.
Müəllif bu kitabında da özünün türkçülük ənənələrinə sadiq qalıb.
Nəşrdə müəllifin “Ayrılmışam”, “Atam türk, anam türk”, “Ay Araz”, “Ana Təbriz”, “Təbriz oyanmalı”, “Çanaqqala savaşı”, “Ucalt türkün bayrağını” və s. şeirləri və “Sabaha məktub”, “Salam, doktor Əli”, “Mən kiməm” poemaları yer alır.