Press "Enter" to skip to content

Böyük Qarabağdan güc alan musiqi

Ali Kurul

Son yeniləmə: 6 Sentyabr 2024 12:15

Ali Kurul: “Hilali Görmeden Ölmem Karabağ” mahnısına klip çəkdirməkdə məqsədim Türkiyədə yaşayan yüz minlərlə qarabağlının öz ata-baba yurduna bağlılığını, sevgisini və həsrətini nümayiş etdirməkdir

BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki, Qarabağ problemi, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında qalması bütün türk dünyasını ciddi şəkildə narahat edirdi. Eyni zamanda, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi zəfəri və torpaqlarımızın işğaldan azad edilməsi bütün türk dünyası tərəfindən sevinclə, coşqu ilə qarşılandı. Lakin türk dünyasında, qardaç Türkiyədə bir kənd var ki, həmin kəndin sakinləri bu zəfər xəbərini ikiqat, üçqat sevinclə qarşılayıb, günlərlə şənlik məclisi düzənləyiblər. Söhbət Afyonkarahisarın Bolvadin rayonunun Büyük Karabağ kəndindinin sakinlərindən gedir.

Büyük Karabağ kəndi
Büyük Karabağ kəndi

Məlumat üçün bildirək ki, adı kimi bu kəndin sakinlərinin də Azərbaycanla, Qarabağla özəl bağları var.

Bunu BAYRAQDAR MEDİA-ya özl müsahibəsində 1996-cı ilin mayında həmin kənddə anadan olan Ali Kural deyib. Onunla müsahibə götürməyimizin səbəbini sonda qeyd edəcəyik.

Hələlik isə onu bildirək ki, bu kəndin əsası bir zamanlar Azərbaycandan, Qarabağdan köçüb gələnlər tərəfindən qoyulub. Ali Kurul deyir ki, bu köç 250 il əvvəl reallaşıb. Uazun illər Qarabağın işğal altında qalmasını kədərlə qarşılsyan kəndin sakinlərinin ən xoşbəxt günü isə Şuşanın azad olunduğu gün olub. Həmin gün kənddə toy-bayram edilib. Özü də bir gün deyil, bir necə gün bu kənddə qələbə coşqusu yaşanıb.
Onu da bildirək ki, vəfatından 4-5 ay öncə rəhmətlik Qənirə Paşayeva da bu kənddə olub, kənd sakinləri ilə söhbət edib.

Mərhum Qənirə Paşayeva kənd sakinləri ilə söhbət edərkən
Mərhum Qənirə Paşayeva kənd sakinləri ilə söhbət edərkən

Qayıdaq Ali Kurula. Məlumat üçün bildirək ki, 1996-cı ildə kəndli ailəsində anadan olan, ibtidai təhsilinə Büyük Karabağ kəndində başlayan Ali Kural gənc yaşlarında şeir və musiqiyə vurğun olub. Orta məktəbdə oxuyarkən 15 yaşında məktəb tətillərində saz çalmağa, toylarda oxumağa başlayıb.

Orta məktəbi bitirdikdən sonra Kırklareli Universitetinin Əmək İqtisadiyyatı fakültəsini bitirib və tələbəlik illərini bayramlarda toy proqramlarında çıxış edib. Musiqi ilə yanaşı, şeirlər də yazan Ali Kurul şeirlərində vətən, millət, bayraq sevgisi mövzularına toxunub.

2020-ci ildə Ali Kurul ata-baba yurdu olan Qarabağın işğaldan azad edilməsi uğrunda gedən mübarizəni yaxından izləyib və o günlərin duyğuları ilə “Hilali Görmeden Ölmem Karabağ” şeirini yazıb.

Yuxarıda qeyd etdiyimiz kimi Qarabağın işğaldan azad edilməsi doğulduğu Büyük Karabağ kəndində sevinc göz yaşları ilə qarşılanarkən, Ali Kural “Hilali Görmeden Ölmem Karabağ” şeirininə mahnı bəstələmiş, sonra onu yaxın çevrəsində sazı ilə ifa etməyə başlamışdır.

Onun bizə müsahibəsində qeyd etdiyi kimi, dinləyən hər kəsdə böyük duyğu və milli şüur oyadan bu musiqini peşəkar musiqi kimi studiyada ifa etmək və klip çəkmək istəyib: “Düzdür, bu arzumu yüksək xərclər üzündən bir az da təxirə salmalı oldum. Və nəhayət, öz imkanlarım ilə “Qarabağ” mahnısını 2024-cü ilin iyul ayında bütün rəqəmsal platformalarda tamaşaçılara çatdırdım”.

Ali Kurul deyir ki, “Hilali Görmeden Ölmem Karabağ” mahnısına klip çəkdirməkdə məqsədim Türkiyədə yaşayan yüz minlərlə qarabağlının öz ata-baba yurduna bağlılığını, sevgisini və həsrətini nümayiş etdirmək, həmçinin iki qardaş ölkə Türkiyə və Azərbaycan arasında sevgi körpülərini daha da möhkəmləndirməkdir.

Ali Kurul sonda “arzum budur ki, bu mahnımı Azərbaycanda, ulu babalarımın bir zamanlar köç etdiyi Qarabağda ifa etmək, Azərbaycan igidlərinin qanı-canı bahasına azad edilmiş o gəzl yerləri görməkdir” dedi.

Mission News Theme by Compete Themes.