Press "Enter" to skip to content

“Bir Gecənin Nağılı”nda Denizli – VİDEO

Denizli

Son yeniləmə: 6 Sentyabr 2024 09:17

BAYRAQDAR MEDİA – Türkiyənin ATV kanalının iddialı istehsalı olan “Bir Gece Masalı”bir neçə gün öncə ilk bölümü ilə tamaşaçıların qarşısına çıxıb.

Bu barədə denizli24haber.com saytı məluamt yayıb.

Bildirilib ki, “Burak Deniz və Su Burcu Yazgı Coşkunun baş rollarını paylaşdığı serial Denizlidə çəkilən səhnələri ilə böyük marağa səbəb olub. Gürkan Uyğun və Mesut Akusta kimi usta adların da yer aldığı serial, xüsusilə Kaklık mağarasında çəkilən səhnələr ilə diqqət çəkib, müzakirələrə səbəb olub.

Serialın ilk bölümündə xüsusi diqqət çəkən səhnələrdən biri də Dənizlidəki Kaklık mağarasında çəkilən səhnələr olub”.

Məlumatda deyilir ki, mağaranın travertin hissəsində baş verən dəstəmaz səhnəsi tamaşaçılar arasında böyük müzakirələrə səbəb olub: “Xüsusilə Su Burcu Yazgı Coşkunun canlandırdığı Canfeza obrazının bu səhnəsi tamaşaçılar tərəfindən “erotik dəstəmaz səhnəsi” kimi şərh edilib. Bəzi izləyicilər bu səhnələrin dini həssaslıqlar nəzərə alınmadan çəkildiyini, doğu ilə batının sintezinin şişirdildiyini bildirərək reaksiyalarını bildiriblər. Digər tənqid mövzusu isə serialın çəkiliş qrupunun Kaklık mağarasında, ziyarətçilərin girməsinin qadağan olduğu yerlərdə səhnələr çəkməsi olub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.