Press "Enter" to skip to content

Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək

Son yeniləmə: 6 Sentyabr 2024 09:20

BAYRAQDAR MEDİA – Sentyabrın 14-də Bonn şəhərindəki məşhur Kameha Grand Bonn adlı oteldə Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumu keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “bu mühüm tədbirin təşkilində məqsəd Almaniyadakı azərbaycanlı həkimlər və tibb tələbələri arasında peşəkar bilik və təcrübə mübadiləsi,onların şəbəkələşməsi,iki ölkənin tibb sahəsində əməkdaşlığının inkişafı, ümumən Azərbaycan ilə Almaniya arasında əlaqələrin möhkəmləndirilməsidir. Bu forumda öz sferalarında aktual mövzuları müzakirə etmək məqsədilə Almaniyanın 79 müxtəlif şəhərindən həkimlər, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər bir araya gələcəkdir.Tədbir Azərbaycan həkimlərinin Almaniya səhiyyəsinə verdiyi töhfəni tanıtmaq üçün unikal imkan yaradacaqdır”.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 5 may 2022-ci il tarixində Köln şəhərində, II Forumu 18 noyabr 2023-cü ildə Berlin şəhərində təşkil edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.