Son yeniləmə: 5 Sentyabr 2024 10:04
BAYRAQDAR MEDİA – Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixində “Gülüstan” sarayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçiriləcək.
Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, “23 ölkədən 80-dən çoxazərbaycanlı alimin gəlməsi gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimininiştirakı nəzərdə tutulur. Forumun məqsədimüxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarınınşəbəkələşməsinətöhfələr verməkdir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar”.