Press "Enter" to skip to content

Qoşulmayan gənclər Milli Hidrometeorologiya Xidmətində

Gənclər Milli Hidrometeorologiya Xidmətində

BAYRAQDAR MEDİA – “İqlim Fəaliyyəti üçün Gənclərin Bacarıqlarının Yaradılması: COP29-a gedən yol” adlı tədbir çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatının nümayəndələri Milli Hidrometeorologiya Xidmətinin fəaliyyəti ilə əyani olaraq tanış olublar.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “ilkin olaraq tədbir iştirakçılarına Hidrometeorologiya muzeyində yer alan Azərbaycanın milli hidrometeorologiyasının tarixini əks etdirən eksponatlar, ölçü cihazları, avadanlıqlar, fotoşəkillər barəsində məlumat verilib. Daha sonra Situasiya Mərkəzində qonaqlara hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, o cümlədən əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Xarici nümayəndələrə Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə məlumat verilərək, onun insanların həyat və fəaliyyəti üçün yarada biləcək risklərin minimuma endirilməsində vacibliyi qeyd olunub”.

Bildirək ki, eyni zamanda qonaqlar Hirkan Milli Parkına səfər edərək Hirkan meşələrinin füsunkar təbiəti ilə tanış olub, parkın fauna və florası barədə məlumatlanıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.