Press "Enter" to skip to content

Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsi

Nəticələr hazırdır

BAYRAQDAR MEDİA – Sentyabrın 4-də peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər. Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 5 -10 sentyabr (saat 17:00-dək) tarixlərində attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər”.

Daha sonra xəbərdə deyilir ki, “qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsi ilə ümumilikdə 39 min nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib”.

Qeyd edək ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13 min 454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə portal.edu.az platforması vasitəsi ilə 11 min 793 nəfərdən 39 min 101 müraciət daxil olub.

Peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun apelyasiya mərhələsinin 12-13 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.