Press "Enter" to skip to content

Nazir müavinləri görüşdü

Görüş zamanı

BAYRAQDAR MEDİA – Sentyabrın 4-də xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycanda səfərdə olan Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, görüş zamanı ali səviyyəli dialoqun iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə və dinamik əməkdaşlığın inkişafına vacib təkan verdiyi xüsusilə vurğulanıb: “Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında müzakirə aparılıb. İkitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edildi, birgə layihə və təşəbbüslər ətrafında danışılıb”.

Məlumatda vurğulanıb ki, görüşdə Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli iqtisadi əlaqələrinin dərinləşdirilməsində, əməkdaşlığın yeni perspektivli istiqamətlərin müəyyən edilməsində və onların hüquqi müstəvidə təsbit olunmasında fəaliyyəti xüsusilə qeyd edilib: “Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulandı və bu mötəbər tədbirin təşkili ilə bağlı məlumat verilib. Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası ətrafında fikir mübadiləsi aparıldı”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.