Press "Enter" to skip to content

Kitab tanıtma: “Nizami Gəncəvi. Unudulmuş nəşrlər”

Nizami Gəncəvi. Unudulmuş nəşrlər

Son yeniləmə: 5 Sentyabr 2024 10:26

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında “Nizami Gəncəvi. Unudulmuş nəşrlər” kitabı da yer alır.

BP şirkətinin dəstəyi və TEAS Press Nəşriyyat evi tərəfindən 2021-ci ildə çapa hazırlanmış kitabda Nizami Gəncəvi sənətinin Azərbaycan oxucusuna geniş məlum olmayan tərəfləri haqqında həddən artıq maraqlı yazılar toplanıb. Türkiyədə yaşamış azərbaycanlı müəlliflərin də böyük şairin yaradıcılığı və dünya ədəbiyyatındakı mövqeyi ilə bağlı məqalələri ciddi axtarışlar nəticəsində toplanaraq bu kitaba daxil edilib.

Nəşr Azərbaycan ədəbiyyatı və N.Gəncəvi yaradıcılığı ilə maraqlanan mütəxəssislər, tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabda “Həkimi-mənəvi Şeyx Nizami Gəncəvi” (Abbasqulu ağa Bakıxanov), “Kritika. Yüksək İranın “Millət” qəzeti münşisinə” (Mirzə Fətəli Axundov), “Azərbaycan şairi Nizami və dünyanın bugünkü durumu” (Məhəmməd Əmin Rəsulzadə), “Türk qövmləri” (Əhməd Cəfəroğlu) və s. başlıqlarda yazılar verilib.

Qeyd edək ki, kitabdakı yazıları toplayıb nəşrə hazırlayan, Türkiyə türkcəsindən transliterasiya edən, lüğətin, izahların tərtibçisi və redaktoru tarix elmləri doktoru, Prof. Nəsiman Yaqubludur. Eləcə də layihənin koordinatoru Arzu Təbrizli, kitabın rəyçiləri Prof. Yavuz Akpınar, Martin Lüter Universitetindən (Almaniya) Dr. Volker Adam, filologiya elmləri doktoru Nəsib Göyüşov, nəşriyyat redaktorları Famil Cəfərli, Vüsalə Babayeva, bədii redaktoru Sevinc Ələkbərova, korrektoru İradə Quliyevadır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.