Son yeniləmə: 5 Sentyabr 2024 10:53
Güney Azərbaycandan olan idmançının “Mənəm türk” paylaşımı molla rejimini qeyzləndirib
BAYRAQDAR MEDİA – İranın molla rejiminin türk düşmənçiliyi davam edir. Bu dəfə də rejim Parisdə uğur qazanan Güney Azərbaycanlı idmançını sosial şəbəkədəki paylaşımını silməyə məcbur edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Paris 2024 Paralimpiya Oyunlarında 15 yaşlı Güney Azərbaycanlı türk taekvondoçusu Zehra Rəhimi qadınlar arasında 52 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb: “Güney Azərbaycanın Mərənd şəhərindən olan Z.Rəhimi İranda para-taekvondo üzrə ilk gümüş medalını qazanıb. Medalını məşhur aktyor Ceki Çandan alan Rəhimi sosial media hesabında reper Payam Türkün “Menem Türk” mahnısı ilə sevincini bölüşüb”. Lakin bu molla rejimin qeyzləndirib. Məlumata görə, rejim idmançını həmin paylaşımı silməyə məcbur edib.