Press "Enter" to skip to content

Cavan Zeynallı ilə gənclərin görüşü keçiriləcək

Son yeniləmə: 5 Sentyabr 2024 14:57

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “CƏNGİ” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, sevilən cazmen, müğənni Cavan Zeynallı iləgənclərin görüşü keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya “İRƏLİ”dən məlumat verilib.

Bildirilib ki, “tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində 6 sentyabr, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olacaq. Görüşdə Xalq artisti Cavan Zeynallı Azərbaycan musiqi mədəniyyəti, estrada-vokal və caz sənətinin tarixi və inkişafı, “Qaya” Dövlət Vokal Ansamblının fəaliyyəti,populyar musiqi sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşəcək, habelə “Caz ifaçılığı sənətinin inkişafı”, “Retro musiqi irsimiz” və “Səhnə yaradıcılığı” mövzularında panel müzakirə aparılacaq”.

Məlumata əsasən, tədbirin bədii hissəsində Cavan Zeynallının vəgənc pianoçuların ifasındamüxtəlif sevilən nəğmələr və əsərlər tamaşaçılara təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.