Press "Enter" to skip to content

Bir məktəbin böyük uğuru

3 nömrəli tam orta məktəb

BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin çoxsaylı məzunlarının 73 faizə yaxını bu il ali məktəblərə qəbul olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Bildirilir ki, “2023/2024-cü tədris ili məktəbimiz üçün bir çox sevindirici nailiyyətlərlə yadda qaldı. Bu il məzun olan 155 şagirdimizdən 112 nəfəri Respublikanın və dünyanın nüfuzlu universitetlərinə qəbul olunaraq həm öz gələcəklərinə, həm də məktəbimizin adına uğur yazdılar”.

Daha sonra qeyd edilir ki, “bu böyük uğur illərdir davam edən əzmkar təhsilin nəticəsi olaraq şagirdlərimizin akademik hazırlığının yüksək səviyyəsini göstərir. Məzunlarımız mühəndislik, tibb, hüquq, iqtisadiyyat və bir çox digər ixtisas sahələrində öz seçimlərini edərək müxtəlif universitetlərdə təhsil almaq şansı qazanıblar. Onların arasında xarici universitetlərə qəbul olunanlar da var ki, bu da məktəbimizin beynəlxalq səviyyədə rəqabətə davamlı olduğunu bir daha təsdiq edir. Məktəb rəhbərliyi və müəllimlər bu uğurlu nəticələrdə böyük rol oynayaraq şagirdlərə biliklərlə yanaşı motivasiya və dəstək verməklə onların öz məqsədlərinə çatmasına kömək ediblər. Bu uğur təkcə məzunlarımızın deyil, bütövlükdə məktəb icmamızın nailiyyətidir. Biz inanırıq ki, bu gənclər təhsil aldıqları müddətdə ölkəmizin inkişafına və dünyaya töhfələr verəcəklər”.

Sonda bildirilir ki, “məktəbimizin bütün məzunlarını təbrik edir və onların gələcək addımlarında uğurlar diləyirik. Universitetə qəbul olunan tələbələrimizə uğurlar arzulayır, onların ölkəmizin və dünyanın parlaq gələcəyinin qurulmasında mühüm rol oynayacaqlarına əminliyimizi ifadə edirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.