Press "Enter" to skip to content

BDU-nun 4 məzunu Küveytdə təqaüdlə təhsil alacaq

Onlar Küveytdə oxuyacaq

BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təhsil alacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər. Onlardan Simuzər Məmmədzadə, Şəfəq Ağalarlı, Aysun Abdullayeva və Zeynəb Atamalıyeva BDU-nun Şərqşünaslıq fakültəsinin məzunlarıdır”.

Qeyd edək ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.