Press "Enter" to skip to content

V Dünya Köçəri Oyunlarına həsr olunmuş buraxılış – VİDEO

Köçəri oyunları

BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun “TurkDiscovery” layihəsinin növbəti buraxılışı, 2024-cü ildə Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarına həsr olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fondun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Türk Dünyasının qədim ənənələrini, mədəniyyətini və ruhunu yaşadan bu oyunlar, Azərbaycan xalqının öz kimliyini qorumağa yönəlmiş canlı bir layihədir. Artıq bu nadir hadisənin təfərrüatlarını “TurkDiscovery”nin rəsmi YouTube kanalından izləmək mümkündür.

Bildirək ki, ildə iki dəfə dünyanın dörd bir yanından gələn izləyiciləri bir araya gətirən Dünya Köçəri Oyunları, Türk Dünyasının mədəni və idman həyatında böyük önəm daşıyır. Bu möhtəşəm tədbir, türk xalqlarının əsrlər boyu yaşatdığı adət-ənənələrini və dəyərlərini geniş miqyasda çatdırır. “TurkDiscovery”nin bu xüsusi buraxılışı, köçəri oyunlarının əhəmiyyətini və ildən-ilə artan populyarlığının səbəblərini araşdırır. Verilişdə Azərbaycanın tanınmış siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Ümumdünya Etnosport Konfederasiyasının prezidenti Bilal Erdoğan, tarix elmləri doktoru Marat Absemetov, 5-ci Dünya Köçəri Oyunlarının Hazırlanması və Keçirilməsi Direktorluğunun rəhbəri Nail Nurov, Ümumdünya Etno Oyunlar Konfederasiyasının prezidenti Asxat Akibayev, Qırğız Respublikasının sabiq mədəniyyət, turizm və idman naziri Azamat Jamankulovun çıxışları yer alıb.

Xəbərdə həmçinin “izləyicilər bu xüsusi buraxılışda, köçəri həyatın aynası olan köçəri oyunlarının niyə hər il daha çox diqqət çəkdiyini, Türk dünyasının geniş coğrafiyasında mədəni birliyə və mənəvi bağların möhkəmlənməsinə necə töhfə verdiyini kəşf edəcəklər” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.